Sinir.az | Psixiatriya, Psixoterapiya, Panik atak
“Ürək nevrozu” varmı və əlamətləri nədir?
“Ürək nevrozu “ əslində nədir?
İllərdir ətrafdan və hətta bəzən həkim dostlardan da eşitdiyimiz bu ifadə müasir təsnifatda daha çox panik atak  və ipoxondriya (sağlamlıq təşvişi) dediyimiz xəstəliyinin simptomları ilə üst–üstə düşür. Ümumi olaraq qeyd etmək lazımdır ki, daha çox ölüm qorxusunun hakim olduğu bu xəstəlik zamanı insanlar daimi olaraq ürəklə bağlı narahatçılıq keçirirlər.Ürək nahiyəsində batan  bəzən də yayılan tipli ağrılardan şikayət edirlər. Bu ağrılar adətən miokard infrarktında olduğundan fərqli olaraq qısa ani sancılar şəkilində olub qola və kürəyə nadir hallarda vurur, ağrılar dözüləsi həddə olur  və fiziki hərəkət olmadan çox vaxt sakit halda baş verir. Ağrının başlaması ilə birlikdə ürəkçırpıntısının da olması həmin adamda qorxu hissini də özü ilə gətirir və şəxs düşünür ki, məndə infarkt başlayır və “mən ölürəm”. Çoxlu həkim müayinlərinə gedib dəfələrlə elektrokardioqramma, stesstest hətta anju kimi ürək müayinləri etdirmələrinə baxmayaraq buna səbəb olacaq heç bir problemin aşkar olunmaması belə onları sakitləşdirmir. Daimi olaraq əllərini nəbzlərinə və ya ürək nahiyəsinə qoyaraq kontrol edən bu şəxslər tez tez təzyiq ölçdürməkdən  özünü və ətrafdakı insanları yormağa başlayırlar.
Əlamətlərin psixoloji və yoxsa ürəkdən olduğunu necə bilərik?
Panik atak zamanı əlamatlər daha çox ürəkçırpınıtısı ilə başlayır. Ürək nahiyəsindəki qısa müddətli ağrılar daha çox iynə batma hissini xatırladır.Ağrı qola kürəyə demək olar ki yayılmır, ağrıyan yeri çox vaxt xəstələr barmaqla göstərirlər. Fiziki hərəkət ağrını azaldır. Təzyiq çox vaxt yuxarı olur və bəzən ürəkbulama  və boğulma da müşahidə olunur. Bütün bunların  hamısı ilə birlikdə qorxu hissi hakimdir.
Miokard infarktı zamanı isə ağrının xarakteri daha fərqli olur. Bu ağrı çox şiddətlidir, dözülməzdir sanki sinədə yayılmış formada olan göynəmə və ağrı qola kürəyə, bütün sinəyə və hətta diş və mədəyə də yayıla bilər. Hərəkət zamanı ağrı daha da artır, bədənin pozasını dəyişməklə ağrı azalmır.
Daha çox kimlərdə olur?
Müşahidə və statistika bu problemin qadınlarda kişilərdən daha çox olduğunu göstərir. Gənc insanlarda  rast gəlinmə tezliyi çox olsa da  yaşlı şəxslərdə də baş verə bilər.
Müalicə üçün nə etməli?
Əksər hallarda bu şəxslər əlamətlərin psixoloji səbəblərdən yarandığına əmin olana qədər dəfələrlə müxtəlif müayinələrdən keçirlər.Əhatəli bir kordioloq müayinəsindən sonra bu şikayətlərin panic atak və ipoxondriya olacağına əminlik yaranır. Cəmiyyətdə yanlış olaraq bu problemlərin nevropatoloqların müalicə etdiyini düşünsələr də bu xəstliklər məhz psixiatriyanın məşğul olduğu problemlərdir.
Koronafobiya: sizdə də bu əlamətlər varsa…
Koronavirusdan niyə qorxuruq?
Mövcud məlumatlara görə, insanların iki təməl ehtiyacı olan təhlükəsizlik və qida risk altındadır. Öləcəyi və qida tapılmayacağı ehtimalı müasir insanı “dəli” edir. Yəni insan ətrafdan aldığı yalançı informasiyalardan bu qənaətə gəlir ki, qida çatışmazlığı olacaq, ac qalacağıq və virusa yoluxmaq bizim sonumuzu gətirəcək.
Hər iki düşüncə insanda həyəcan yaratmaq üçün kifayət qədər ciddidir.
Özümüzdə koronavirus qorxusu olduğunu necə bilərik?
- Daimi olaraq özünüzün və ya qohumlarınızın yoluxması qorxusu – “bəlkə mən də tutmuşam?!” düşüncəsi varsa;
- Səbəbsiz yerə bədənin araşdırıması (tez-tez hərarəti ölçmək, udqunaraq boğazın ağrıyıb- ağrımadığını yoxlamaq, nəfəsin tam gedib-getmədiyini yoxlamaq və s);
- Orqanizmdəki ən kiçik dəyişikliyin belə, COVİD-19-la əlaqəsini internetdə nəzarətsiz formada axtarılması;
Əgər yuxarıda qeyd etdiyim bu düşüncələrin təsiri ilə ürək döyüntünüz artırsa, nəfəs darlığı yaranırsa, əl-ayaqda titrəmə, mədə-bağırsaq pozuntuları və sair kimi həyəcana xas bədən əlamətləri olursa, bu o deməkdir ki, sizdə koronafobiya var. Pandemiyanın yayıldığı ilk vaxtlarda sanki insanları rahatlatmaq üçün bu xəstəliyin ancaq yaşlıları oldürdüyü ilə baglı informasiyalar ön planda idi. Bu baxımdan ilk olaraq yaşı 60-dan yuxarı olan insanların daha çox psixoloji travma alması ehtimalı
yaranır. Digər ən çox təsirə məruz qalan insanlar isə əvvəlcədən təyin olnmuş panik atak, həyəcan pozuntusu, obssesiv-kompulsiv pozuntu kimi xəstəliyi olanlardır.
Bu insanlarda günlərlə davam edən xroniki stress öz mövcud xəstəliklərinin təkrar yaranmasına və ya pişləşməsinə gətirib çıxara bilər.
Həyəcanımızı idarə etmək üçün nə etməliyik?
Əgər sizin əvvəlcədən təyin olunmuş sakitləşdirici dərmanlarınız varsa, həkiminizlə əlaqə saxlayaraq müalicənizə davam edin. İfrat həyəcanlı ataklar zamanı dərindən nəfəs alıb, bir neçə saniyə saxlayıb burundan verərək, həyəcanı nəzarətdə saxlaya bilərsiniz. Həyəcanın daha da artmaması üçün mütləq kirli informasiyalardan uzaq durun. Belə ki, vatsapp qruplarındakı yönləndirilən səsləri açmayın, ancaq rəsmi informasiyaları oxuyun, özünüzün də əmin olmadığınız məlumatları yaymayın.
Baxdığınız filmlərdə, oxuduğunuz kitablarda seçici olun. Daim film izləmək, kitab oxumaq bir mərhələdən sonra sizi yormasın deyə növbəli şəkildə fiziki aktivliyiniz olsun. Belə ki, ev şəraitində qısa müddətli gimnastika hərəkətlərinin həyəcan azaldıcı effekti sübut olunub. Qida və yuxu rejiminin qaydasında olması sizin xilaskarınız ola bilər. Evdə olmanızdan istifadə edib artıq qidalanmadan çəkinin, çünki aldığınız əlavə çəki karantin sonrası sizdə əlavə depressiv simptomlar yarada bilər.
Həyəcan azaltma tədbirlərinin birincisi və ən vacibi gecə yuxusudur. Çox gec yatıb gec oyanmaq 8 saat olsa belə, sizə fayda verməyəcək. Mütləq tez yatıb tez oyanmaq lazımdır. Bu, həm immuniteti artırmaq, həm də stressi azaltmaq baxımından inanılmaz təsirə malik mexanizmdir. Unutmayın ki, istənilən virusla mübarizə aparmağın ən birinci yolu güclü immunitetdir. Stress isə immunitetin aşağı düşməsinə səbəb olur.
Uşaqlara koronavirusu necə izah etməli?
Uşaqlar bu karantin dövrünün ən həssas təbəqəsidir. Onlara həqiqi məlumatları başa düşəcəkləri sadə dildə izah etmək lazımdır. Qətiyyən yalan informasiya verməyin. Məktəbə getməməklə evdə qalaraq əslində, bir qəhrəmanlıq etdiklərini, nənə-babalarını qoruduqlarını izah edin. Əmin olun ki, bu, onlara hədsiz maraqlı gələcək. Çoxdandır görmədiyi bağça və sinif yoldaşları ilə görüntülü danışmaqlarına şərait yaradın. Uzun müddət televizor qarşısında vaxt keçirməmələrinə nəzarət edin.
Yaddaşdan pis xatirələri “silmək” olarmı və ya EMDR nədir?
EMDR (Eye Movement Desensitization and Reprocessing) azərbaycanca ,“göz hərəkətləri ilə həssasızlaşdırma və yenidən emal etmə” adlanan  son dərəcə sübüta əsaslanan ,güvənli  psixoterapiya metodudur.
EMDR-ın inkişafı 1987 ci ildə Francio Shapironun göz hərəkətlərinin həyəcanlı düşüncələri azalda biləcəyini kəşf etməsi ilə başladı.Belə ki, o gəzinti vaxtı gözlərini sağa və sola hərəkət etdirdiyi zaman onda olan narahatçılıqın azaldığının fərqinə vardı.Shapiro bu metodu travmadan əziyyət çəkən bir çox insan üzərində  test edərək elmi tədqiqiat formasında nəticələrini çap etdirdi.
EMDR –ın işləmə mexanizmi necədir?
Beynimiz ətrafdan aldığı bütün məlumatları “filtrdən” keçirib işləyərək bizə uyğun vəziyyətə gətirib yaddaşda saxlayır. Bu məlumatlar sayəsində gələcəkdə narahatçılıq yarada biləcək situatsiyalarda qərarlar veririk.Bu sistem normal işləmədiyi təqdirdə  beyin yaşadığı pis, xoşagəlməyən hadisəni olduğu kimi qeyd edir və üstündən illər keçsə belə həmin hadisəni xatırladan ən kiçik detalda belə köhnə xatirələri xoş olmayan hisslərlə yenidən xatırlayır.
EMDR görə hazırkı problemlərin kökündə “işlənməmiş” pis xatirələrimiz dayanır.Hər bir travmatik hadisə o an üçün özünə məxsus duyğu və düşüncələrdən ibarət  qapalı bir halqa yaradır.EMDR seansları da məhz bu  “qapalı halqanı”  dəyişməyə yönəlir.Seanslarda pasieynt həmin travmadan qalan pis və işlənməyən xatirələri psixoterapevtin barmaq hərəkətlərini gözləri ilə izləyərək ( beynin hər iki yarımkürəsini eyni vaxtda işlədən digər hərəkətlər : hər iki diz qapağına sinxron vurmaq, qulaqlara müəyyən səslər vermək və s) yenidən canlandırır.Bu zaman pasiyentdə duyğu boşalması, xatirələrin çox dəqiq xatırlanması, bloklanma və sair kimi hallar meydana çıxa bilər.Bu müddətin sonunda həmin pis xatirə o insan üçün adiləşərək əvvəlki narahatçılıqı yaşatmayacaq vəziyyətə gəlir
EMDR terapiyası necə tətbiq olunur?
8 mərhələdən ibarət  protokol tətbiq olunan bu terapiya metodunun əsas məqsədi bizi narahat edən keçmişdəki pis xatirələri yenidən işləyərək adiləşdirmək, mövcud simptomları aradan qaldırmaq və gələcəkdə bənzər hadisələrlə qarşılaşdığı zaman özgüvəni formalaşmış bir tərzdə adekvat davranışlar sərgiləməyi öyrətməkdir.
EMDR –ın mərhələləri hansılardır?
1.Pasiyentin keçmişi – Yaşadığı travmatik hadisə də daxil olmaqla pasiyentdən həyatı haqqında ətraflı məlumat toplanır
2.Hazırlıq – Pasiyent EMDR haqqında məlumat verilir
3.Dəyərləndirmə- Psixoterapevt tramatik hadisə zamanı ən çox təsir edən səhnəni, həmin səhnə ilə bağlı indiki neqativ düşüncəsini, hiss etdiyi duyğularını, bədənindəki o anda olan narahatçılığın yerini və pozitiv düşüncəsini ayırd edir.
4.Həssasızlaşdırma – Bu mərhələdə pasiyentdən narahat edən səhnəni canlandıraraq neqativ düşüncə ilə birlikdə düşünməsi və bütün bunların onda yaratdığı hissləri ayırd etməsi  istənilir.Sonra isə pasieyntdə ağlına o anda gələn bütün düşüncələri kontrol etmədən danışması deyilir.
Bu canlandırma  ərzində pasiyent psixoterapevtin sağa sola hərəkət edən barmaqlarını izləməlidir.
Bu prosedur pasiyentə pis xatirələr daha az narahat edici səviyyəyə enənə qədər davam etdirilir.
5.Yerləşdirmə- Pasiyentdə pozitiv düşüncəsinin möhkəmlənməsi üçün setlər (göz hərəkəti, dizə toxunma) tətbiq edilir.
6.Bədəni kontrol etmək- Pasiyentdən bədənini düşüncə olaraq  kontrol etməsini və narahat edici hisslər olarsa deməsi istənilir.
7.Qapanış – Psixoterapevt pasiyentə sonrakı dövr haqqında məlumat verir və lazım olarsa relaksasiya edici texnikalar tətbiq edilə bilər
8.Yenidən dəyərləndirmə -Əksər hallarda 1 həftə sonra olur.Pozitiv düşüncəsnin yerinə oturub oturmaması kontrol edilərək ehtiyac yaranarsa əlavə setlər tətbiq edilə bilər.
EMDR nə qədər davam edir?
EMDR qısa müddətli terapiyalara aiddir.Müddəti isə travmanın növündən, sayından yaratdığı mövcüd simptomlardan asılı olaraq dəyişir.
EMDR vasitəsi ilə yaddaşı silmək olurmu?
Psixiatriya və "cin" çıxarma
Həytanızın elə bir dönəmi olubmu ki, sizə dua cadu edildiyini, göz dəydiyini düşünəsiniz? Əgər belə bir şey olduğunu düşünübsünüzsə siz tək deyilsiniz.Azərbaycan əhalisinin təxminən 18 % caduya, 15% cinlərə, 47% isə bəd nəzərə inanan insanlardan  ibarətdir.
Rəqəmlər dünyanın ən nüfuzlu və güvənilir araşdırma şirkətlərindən olan American Pew - ün uzun illər üzərində işlədikdən sonra yayımladıqı İslam araşdırmasındandır. Araşdırma 1 milyard 600 milyon müsəlmanın yaşadıqı 39 ölkədə 38 min nəfər insanla üzbəüz görüşülərək həyat keçirilmişdir.Anket nəticələrinə görə müsəlmanların 85-100 %  Allaha və Hz.Məhəmmədə (s.ə.s) inanır.Buna baxmayaraq Quran və hədislərdə tez - tez adı hallanan cin, cadu, bədnəzərə inanma faizi müxtəlif ölkələrdə ciddi mənada dəyişkənlik göstərir.
Cin nədir?
Cəmiyyət olaraq cin və ya caduya inanmaqımızın, məntiqlə izah olunmayan hər bir hadisədə falçı , cindar qəbuluna getməyimizin səbəbi nədir?
Yəqin çoxunuza dərədən keçərkən təsadüfən cin toyuna düşən və üzərində yaglı əl ləkəsi olan , eləcə də hər gün tərli çapılmış atın üzərində bir gün “hal” arvadının geri dönməsi nağılları danışılıb.Bəzi nağıl danışanlar hətta bunun nağıl yox həqiqətən də  keçmişdə bir qohumumuzun başına gəldiyini israrla söyləyirdilər.Şüuraltı belə travmatik  hadisələrə doldurulan uşaqın, birazca da  aşağı təhsil alma ehtimalını da  göz önünə gətirsək yəqin ki, “cin” rəqəmlərin yüksək olması səbəblərindən biri üzə çıxacaqdır.
Bu məqalədə cin və cinçıxaranlar haqqında həm elmi həm də dini tərəflərinə toxunmaqa çalışacam.
Cin sözünün kökü  ərəbcə “cənnə” sözündəndir mənası örtmək, gizləmək anlamındadır. İslamdan öncəki  dövrdə gözlə görünməyən, məntiqlə izah olunmayan hər şeyi cinlərlə izah edilir və ya cin deyirdilər.Bu mənada xəstəlik törədən bakteriyalar, insan orqanizmi üçün zərərli olan və gözlə görünməyən şüalar da cin adlandırılıb və xəstəliklərin məhz onlar tərəfindən törədildiyini inanılıb.Qurani- Kərimdə  “Cin” surəsi olmasına baxmayaraq, Allah  Bəqərə surəsi 102 ci ayəsində ( eləcə də Nahl 16/72, Rad 30/21)   “Allahın izni olmadan kimsəyə zərər verməzlər” buyurur. Müqqəddəs kitabın falçı, cadugərlər haqqında belə buyurduqdan sonra onların xəstəlik yartadıqına, bədlik gətirdiyinə inanmaq nə dərəcədə doğru bir davranışdır?
Məsələnin bir də psixiatrik tərəfi vardır. Bir insan içində “cin” olduqunu , onları gördüyünü və səslərini eşitdiyini, cinlərin onu kənardan idarə etdiyini söyləyirsə bunların psixotik əlamətlər olduqunu hallüsinasiya və ya sayaqlama fikirləri olma ehtimalını unutmamalı və söyləyən şəxsin olduqca ciddi psixiarik xəstəlikdən əziyyət çəkdiyini bilməliyik. Həkimlik fəaliyyətim boyunca onlarla belə xəstə görməyimə baxmayaraq müşahidə etdiyim bir şey var ki, xəstə yaxınları dərmanlarla bərabər özlərinin inandıqı molla və ya ekstraseansa yazdırdıqı caduları və qəribə aksesuarları xəstənin üzərinə taxmaqa,  “oxunmuş” suları  xəstələrinə içirməkdən çəkinmirlər. Ən qəribəsi isə xəstə sağaldıqdan sonra dərmanlardan dah çox həmin “şəfalı suyun” burda rolu olduqunu düşünürlər.
Sonda isə sizə təqdim edəcəyim bu diaqnostik kriteriləri diqqələ oxuyun. Oxuduqda isə kimləri düşünəcəyinizi, kimləri gözünüzün önündə canlandıracaqınızı bilmək heç də çətin olmayacaq. Əksəriyyətimiz bu adamların yanında olub onların “xidmətlərindən” istifadə etmişdir.
DSM - IV-R diaqnostik kriterilərinə görə "Şizotipal şəxsiyyət pozuntusu". Görün efirlərdə, ətrafınızda bunlardan nə qədərdir.
1. Davranışlara təsir edən və mədəni dəyərlərə uyğun gəlməyən əcaib inanclar. Məsələn: batil inanc, "qeybdən xəbər vermə" yə “vergi verildiyinə” inanma, telepatiya ya da "altıncı hiss", cin çıxarma, xəstə sağaltmaq
2. Əcaib düşünmə forması , geyim və danışıq tərzi.Məsələn: uzun saç, çoxlu üzüklər, qəribə boyunbağılar və akssesuarlardan isttifadə
3. Ehtiyatlılıq ya da paranoid düşüncə
"Mədə nevrozu" varmı və ya İrritabl bağırsaq sindromu nədir?
İrritabl bağırsaq sindromu (İBS) və ya digər yayılmış adı ilə Qıcıqlanmış bağırsaq sindromu bağırsağın ümumi funksiyalarında dəyişikliyin olması və defakasiya aktı (nəcis ifrazı) sonrası rahatlayan  ağrının müşayəti ilə keçən funksional  bir bağırsaq xəstəliyidir.
Ən çox kimlərdə olur?
Əlimizdə olan son tədqiqat nəticələrinə görə qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox rast gəlimir.Poliklinikalara ümumi müraciətlərin 10 % - ni, qastroentroloqlara müraciətlərin təxminən 40 % ni əhatə edən bu xəstəlik gənc insanlarda daha çox rast gəlinir.
Yaranma səbəbi nədir?
Müxtəlif faktorların bu xəstəliyin yaratma ehtimalı olduğunu vurğulasaq da konkret bilinən bir səbəbi yoxdur.Genetik meyillik, qida maddələrinə qarşı fərdi həssaslıq, bakterial ifrat çoxalma, sinir –psixoloji gərginliyin uzun müddət davam etməsi bu səbəblərdən bəziləridir.
Qıcıqlanmış bağırsaq sindromunun əlamətləri nələrdir?
-	Qəbizlik
-	Diareya ( ishal, qarın açılması)
-	Qarın nahiyəsində “gəzən” ağrı və bu ağrılar əksər hallarda nəcis ifrazından sonra xeyli azalır
-	Ürəkbulanması
-	Qarında şişkinlik və köp
-	Nəcisin formasında dəyişiklik  (ayrı –ayrı sərt hissələr, sosiska forması, qətran bənzəri nəcis, zeytun çəkirdəyi bənzəri nəcis )
-	Nəcislə bərabər seliyin çox olması
-	Nəcis ifrazının gün ərzində 3-4 dəfə olması
Xəstəliyin əlamətləri xəstənin qəbul etdiyi qida maddəsindən, həmin qidanı  nə vaxt yeməsindən, qadınlarda menustrasiya dövrünə görə eləcə də  xəstənin psixoloji vəziyyətinə görə çox dəyişir.Məhz bu səbəbdən İBS xəstələrində şikayətlərinin hansı vəziyyətlərdə artıb – azaldığını yaxşı müşahidə etmək lazımdır.
Pasiyentin  psixoloji vəziyyətinin bu xəstəliklə əlaqəsi varmı?
Bu xəstəlikdən əziyyət çəkən insanların 60-70 % də paralel olaraq depressiya və ya digər nevrotik pozuntulardan (nevroz) biri rast gəlinir. Stress faktorunun artması özlüyündə  mədə - bağırsaq əlamətlərinin daha da qabarmasına gətirib çıxarır.
Xəstənin ailə vəziyyətinin , maddi və sosial şəraitinin aşağı olması onda mövcud simptomların daha uzun müddət davam etməsinə rəvac verir.
İBS – nun müalicəsi necə aparılır?
Bu xəstəliyin müalicəsində həkim – xəstə arasında terapevtik əlaqələrin yaxşı qurulması, qarşılıqlı inam, həkimin nəzakətli və diqqətli yanaşması çox ciddi rol oynayır.Xəstəlik pasiyentə günahkarlıq duyğusu yükləmədən  ətraflı izah olunmalı, müalicə prosesində digər ixtisas həkimlərinin xüsusən psixiatr və psixoloqun rolunun faydalı ola biləcəyi əlavə stiqma yaratmadan vurğulanmalıdır.
Təyyarə qorxusuna necə qalib gəlmək olar?
Cəmiyyətin təxminən hər 10 nəfərindən birində rast gəlinən uçuş həyəcanının elmi adı “aviofobiyadır”. Bəzi yerlərdə bu problemin adına təyyarə qoruxusu da deyirlər.Bu bir xəstəlikdir və insanın həyat fəaliyyətinə, uğurlarına təsir etməyə başlayırsa peşakar birindən müalicə alınması  mütləqdir.
Fobiya nədir?
Qorxu  olduqca normal və insan psixologiyasına yad olmayan bir hissdir.Bir insan özünü təhlükədə hiss etdiyini düşünürsə yaşadığı hiss qorxudur.Qorxu hissinə biz o halda fobiya deyirik  ki, şəxs qorxulan şeyin əslində qorxulu olmadığını bilir, bunun məntiqsiz olduğunu düşünür  lakin bütün bunlara baxmayaraq hələ də ifrat dərəcədə qorxmağa davam edir və bu qorxu hissi həmin insanın həyatını məhdudlaşdırmağa başlayır.
Fobiyası olan insan məhz həmin fobiyası olduğu obyektdən qaçır həyatının başqa məqamlarında kifayət qədər cəsurdur. Yəni bir insanın fobiyasının olması onun qorxaq olması mənasına  gəlməməlidir.
Uçmaq insan fitrətinə yad bir şey olduğu üçün insan psixologiyası uçuşu təhlükəli məqam olaraq qəbul edir. Əksər hallarda təkrarlanan davamlı uçuşlardan sonra bu hiss əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itib gedir.
Uçuş qorxusu hansı şəxslərdə olur?
Uçuş qorxusunun ən çox müşahidə edildiyi insanlar paralel olaraq panik pozuntu və ya aqrofobiya xəstəliyindən əziyyət çəkən insanlardır.Belə ki, bu şəxslər uçuş zamanı bir panik atak keçirmə ehtimalına və onlara tibbi yardımın gec çatma ehtimalına görə təyyarə səfərlərindən birmənalı şəkildə ya imtina edirlər və ya hədsiz diskomfort yaşayırlar.
Uçuş qorxusunun əlamətləri nələrdir?
Bütün fobiyalar kimi bu fobiya zamanı da qorxulan obyektlə qarşılaşan zaman ürək döyüntülərinin sayının artması, nəfəs darlığı, mədə - bağırsaq nahiyəsində narahatçılıq, baş gicəllənməsi tərləmə, ağızda quruluq, ölüm qoruxusu , pis nəsə baş verəcəyi düşüncəsi hakim kəsilir.Bəzi adamlarda bu hisslər hətta təyyarə biletinin alındığı vaxtdan başlayır və uçuş tarixinə qədər gedərək artmağa davam edir.
Təyyarə qorxusu yaşayan insana necə kömək etməli ?
İlk növbədə siz təyyarədən nədən qorxduğunuzu özünüz üçün ayırd edib bunun risklərini yəni reallaşma ehtimalını müzakirə etməlisiniz.Daha sonra təyyarə və uçuş haqqında sizin qorxularınıza təsir edəcək səviyyədə bəzi texniki biliklərə yiyələnməlisiniz. Məsələn “hava boşluğu, trübulans nədir, təyyarənin motoru dayana bilərmi, yanacaq qurtara bilərmi və sair”.Texniki biliklərdən başqa bəzi statistik məlumatlar da sizin qorxunuza qalib gəlməyinizə xeyli köməklik edəcəkdir.Bu statistik bilgilərdən birincisi isə təyyarənin dünyadakı ən etibar nəqliyyat növü olmasını və qəza etmə sayının olduqca az olduğudur.
Bu standart bilgilərdən sonra isə bəzi  texnikları da bilməniz önəmlidir.Bunlara aşağıda qeyd etdiklərimiz daxildir
-	Düzgün tənəffüs texnikası : burunla nəfəsi alıb biraz saxladıqdan sonra ağızla “fit” çalırmış kimi nəfəsi  asta - asta vermək lazımdır. Bunu bir müddət etdikdə bədəninizdə müəyyən sakitlik hissi yaranacaq və bu texnika sizə gələcəkdə həyəcanlı vəziyyətlərdə həyəcanınızı dəf etməyə kömək edəcəkdir.
-	Düçüncədə canlandırma texnikası:  Siz “təyyarədə olduğunuzu” təssəvür edib həyəcan səviyyənizi idarə etməyə çalışın.Əgər düşüncədə canlandırma zamanı sizdə həyəcan səviyyəsi düşübsə artıq siz realda qorxuduğunuz obyektlə qarşılaşa bilərsiniz.
-	Realda qarşılaşma texnikası : Mümkünsə əgər hava limanı ərazisində təyyarələrin enib qalxmasını müşahidə edin, mütəmadi təşkil olunan təyyarə tanışlıqlarından istifadə edin
Somatizasiya pozuntusu
Somatizasiya pozuntusu nədir?
Fiziki və labarator  müayinələr nəticəsində xəstənin şikayətlərinə səbəb olacaq heç bir dəyişikliyin aşkar olunmadığı lakin şəxsin həyatına ciddi mənada təsir edən əlamətlər toplusudur.Ağrı başda olmaqla halsızlıq, baş gicəllənməsi, boğulma, mədə bağırsaq kimi bir çox orqanlar sistemi ilə əlaqədar olan çox canlı və biraz da ifrata varılmış şəkildə simptomlar özünü göstərir.Xəstələr həkimə şikayətlərini və xəstəliyin başlanma ardıcılıığını əksər hallarda qarışıq bir şəkildə çatdırırlar.Bədəndəki şikayətlərinə görə çoxlu sayda həkimə müraciət etsələr də özlərində  depressiya və həyəcan əlamətləri başlamayana qədər  psixiatra müraciət etmirlər.Lazımsız tibbi və cərrahi müdaxilələr baxımından risk qrupundadırlar.
Əlamətlərə səbəb olacaq heç bir dəyişiklik tapılmadığı və verilən müalicələrlə əksər hallarda yaxşılaşma əldə olunmur deyə həkimlər və yaxınları pasiyentin bu xəstəliyi özündən “uydurduğu” düşünülür .”Hər şey özündən asılıdır, sənin heç nəyin yoxdur” tipində məsləhətlər verməyə başlayırlar.
Stessli və gərgin vəziyyətlərdə xəstəlik əlamətlərinin xeyli artması müşahidə olunur.
Hansı yaşda və hansı cinsdə daha çox olur?
Ümumi yayılması 0.1 - 0.5 aralığındadır.Qadınlarda kişilərdən 5-20 dəfə daha çox rast gəlinir.Psixiatr, ilkin ailə həkimləri və terapevtlərə müraciətlərin 5- 10 % somatizasiya pozuntusunun payına düşür.Gənc, ekonomik səviyyəsi aşağı olanlarda rast gəlinmə ehtimalı daha yüksəkdir.
Somatizasiya pozuntusunun əlamatləri nədir?
Bu diaqnozun qoyulması üçün xəstəlik əlamətlərinin əksər hallarda 30 yaşından əvvəl başlanması lazımdır.
4  müxtəlif xarakterli ağrı (daha çox baş ,kürək, çiyin, bel, qol, qarın nahiyəsində)
2 mədə- bağırsaq şikayəti (qəbizlik, qarın açılması, köp, gəyirmə, qida qayıtması və s)
1 cinsi simptom (cinsi həvəzslik, tez boşalma,orqazm ola bilməmək, aybaşı pozuntusu)
1 “yalançı” nevroloji əlamət (uyuşma, keyləşmə və s)
Qeyd etdiyimiz kimi əgər bir şəxsdə 4 ağrı, 2 mədə bağırsaq, 1 cinsi və 1 “yalançı” nevroloji əlamət varsa, bu əlamətlər 30 yaşından əvvəl başlayıbsa və ən önəmli məsələ bütün bu simptomlara səbəb olacaq heç bir dəyişiklik aşkarlanmırsa bu somatizasiya pozuntu ola bilər.
Hansı xəstəliklərdən ayırmaq lazımdır?
Anemiya, revmatoidli artrit, xroniki infeksiyalar,hipotireoid kimi xəstəliklər zamanı da əlamətlər somatizasiyası pozuntusuna bənzədiyi üçün ətraflı müayinələrlə bu və buna bənzər xəstəliklərin olmadığına əmin olmaq lazımdır.
Müalicəsi necə həyata keçirilir?
Bu xəstəlik zamanı antidepressant müalicənin effektivliyi o vaxt yüksək olur ki, şəxsdə paralel olaraq təşviş və depressiya əlamətləri olsun.
Müalicə prosesinin səmərəliliyi və faydasını artırmaq üçün aşağıda qeyd olunan tövsiyyələrə əməl etmək vacibdir.
-	Xəstə mütləq onunla yaxşı güvən formalışdıra bilən bir həkim tərəfindən izlənməlidir
-	Xəstə ilə görüş vaxtlarında diqqətli olmaq lazımdır.İlk vaxtlar həftədə 1 dəfə olan görüşləri sonradan ayda 1 dəfəyə keçirmək olar
-	Xəstənin sonradan yaranan şikayətlərini qulaq ardına vurmayın.Bütün dediyi şikayətlər somatizasiya pozuntusu ilə əlaqədar olmaya bilər.
-	Xəstəyə edilən bütün prosedurlar haqqında ətraflı məlumat vermək lazımdır.
-	Əlavə müayinə və dərmanlardan uzaq durmaq lazımdır.
17 iyun tibb işçilərinin peşə bayramı günüdür
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətiyaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
Psixoloji sağlamsınızmı?
Psixoloji sağlamsınzımı?
Hər birimiz nəinki özümüzün hətta ətrafımızda olan insanların da psixolojik cəhətdən sağlam olub olmadığını həmişə düşünmüşük.Müasir və klassik psixiatriya illərdir bu suala cavab axtarır “sağlam ruh necə olur?”Qəribə də olsa deməliyəm ki, bu suala konkret cavab yoxdur.”Anormalı” haqqında  saatlarla mühazirə oxuya biləcəyimiz halda “normalı” necə olur sualına həmişə aciz olmuşuq. Aristotel yazırdı ki, “Bir miqdar dəliliyin qarışmadığı ruh halı yoxdur”.Bu məntiqlə yola çıxsaq  ruhi sağlam insan yoxdur.Bəs gəlin görək ruhi sağlamlıq nədir? Ruhi, psixoloji sağlam insan necə olmalıdır?
Sağlamlıq nədir?
Ümumdünya Səhiyyə Təşkilatının sağlamlığa verdiyi tərif belədir ki, insanın  təkcə xəstəliklərə tutulmaması, bədəncə sağlam olması onun sağlam olmasına dəlalət etmir. Bədənin sağlam olması ilə yanaşı ruhi tarazlığı yerində olmalı və sosial yöndən yaxşı təmin olunmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi bədənin sağlam olması deyəndə çox konkret olaraq  onun xəstəliklərə tutulmamasını nəzərdə tuturuq.Ruhi sağlamlıq  haqqında təəssüf ki, belə konkret izah vermək çətindir. Olduqca mücərrəd məfhum olan “ruh” anlayışı müxtəlif dövrlərdə, müxtəlif fəlsəfi cərəyanlarda, müxtəlif kültürlərdə fərqli qəbul olunub.Biraz daha konkretləşdirsək  müasir psixiatriyanın, psixologiyanın məşğul olduğu “ruh” anlayışı klassik dini mənasından xeyli fərqlənir.Məsələyə  bioloji, kimyəvi proseslərin də qoşulduğu üçün xeyli qəlizləşməklə yanaşı artıq daha konkret məfhum olmuşdur.
Sağlam psixologiyalı insanın xüsusiyyətləri nələrdir?
Bu suala ən qısa və mahiyyət etibarı ilə ən dolğun cavabı Freyd vermişdir.”Sevmək və çalışmaq” sağlam ruhun təməl xüsusiyyətləridir.Yəni siz sevə, paylaşa bilirsinizsə və gündəlik işlərinizin öhdəsindən rahatlıqla gələ bilirsinizsə çox böyük ehtimalla sağlamsınız.Sevmək  və çalışmaq anlayışının fərdə görə dəyişə biləciyini də  nəzərə alsaq deməli bu ifadənin güvən payı  dəyişə bilər.
Psixologiyamıza nə vaxt xəstə deyə bilərik?
Bildiyimiz kimi hər xəstəliyin özünə məxsus fərqləndirici əlamətləri olur ki, biz həkim olaraq məhz bu əlamətlərə əsaslanaraq diaqnoz qoyuruq.Psixiatriyada işin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, müayinə etdiyimiz pasiyentlərdə rast gəlinən əlamətlərin böyük əksəriyyəti digər sağlam insanlar da var.Məsələn evdən çıxarkən yəqin ki, çoxumuzun ağlına gəlir ki, görəsən işığı söndürdünmü, qapını bağladımmı və ya bu hərəkəti 2 dəfə etməsəm birdən doğmalarımın başına bəla gələr və sair.Tanış hisslərdir deyilmi? Nəzərinizə çatdırım ki, bu əlamətlər obssesiv – kompulsiv pozuntu (sarışan hallar nevrozu) adlanan bir xəstəliyin əlamətidir.Deməli bu fikirlər kimin ağlına gəlirsə ona bu diaqnozu qoymalıqmı?Təbii ki , xeyr.Bu əlamətləri olan insana o halda xəstə deyə bilərik ki, əlamətlər şəxsin gündəlik ən azı 1-3 saatını alsın, gündəlik iş qabiliyyətinə təsir etməyə başlasın.
Deməli əlamətlərin var olması o insanın xəstə olmasına dəlalət etmir.Diaqnostik kriterilərin sərhədləri  kifayət qədər dəqiq çəkilib.Digər bir misal, bir neçə gün kefimiz olmayanda   depressiyada olduğunu düşünürük.Reallıqda isə bir insanın depressiyada olduğunu  demək üçün kefsizlik, tez yorulma, enerji tükənməsi, günhakralıq hissi, ağlama , kövrəlmə  və sair kimi əlamətlərin ən azı 2 həftə müddətində müşahidə olunmalıdır.
Görünən budur ki, normal və anormal olmanın sərhədləri hələ uzun illər daha psixiatriya, psixologiya və fəlsəfənin əsas müzakirə predmeti olmaqda davam edəcəkdir.
Qadınlarda cinsi əlaqə qorxusu - Vaginizm
VAGİNİZM ÇARƏSİZ BİR XƏSTƏLİK DEYİL,BUNUNLA YAŞAMAYIN!
Vaginizm öz-özünə aradan qalxan bir problem deyil, mütəxəssisdən yardım alın!
Vaginizm zamanı vagina əzələləri cinsi əlaqə zamanı cinsi əlaqəyə imkan verməyəcək dərəcədə, sistemsiz olaraq yığılır
Vaginizm 90-95 % hallarda dərmansız yalnız psixoterapiya vasitəsi ilə həllini tapan psixoloji problemdir.
Vaginizm nədir?
Vaginizm xəstəliyi ön sevişmənin normal olmasına baxmayaraq, vagina əzələlərinin cinsi əlaqə zamanı cinsi əlaqəyə imkan verməyəcək dərəcədə, sistemsiz olaraq yığılmasıdır ki, bu yığılma nəticəsində cinsi əlaqə ya heç mümkün olmur, ya da həddindən artıq ağrılı olur. Bəzi qadınlarda bu əlamətlər təkcə cinsi əlaqə zamanı yox həm də ginekoloji müayinələr, eləcə də gigiyenik tamponlar qoyulması zamanı da özünü göstərir.
Qadınların əksəriyyətində bu əlamətlər ilk cinsi əlaqə zamanı ortaya çıxsa da, digərlərində normal cinsi həyatı olmasına baxmayaraq, keçirdiyi hər hansı bir infeksion xəstəlikdən, cərrahi əməliyyatdan və ya psixoloji travmadan sonra da yarana bilər.
Vaginizm xəstəliyinin səbəbləri nədir? Necə olur ki, orqanizmin bir hissəsi bizə “tabe” olmur?
Vaginizm xəstəliyindən əziyyət çəkən pasiyentlərimizin ultrasəs müayinəsində, hormonlarında və ya qan analizlərində bu xəstəliyə səbəb olacaq heç bir ciddi dəyişiklik aşkar edə bilmirik. Problemin kökü psixoloji faktorlardadır. Ən əsas faktor isə yeniyetmə qızların cinsi həyat haqqında bildikləri yalnış məlumatlar və qorxulardır.
Şəxsi təcrübəmizdə tez - tez rast gəldiyimiz qorxu, yalnış fikirlər və vaginizmə səbəb olacaq əalmətlərin bəzilərini sizin nəzərinizə çatdırırıq:
-       Qızlıq pərdəsinin itirilmə qorxusu;
-       İlk cinsi əlaqə zamanı çoxlu qan itirmə qorxusu;
-       Vagina dəliyinin yerinin bilinməməsi;
-       Həyat yoldaşını istəməmək və ya iyrənmək;
-       Düşüncədə möhkəmlənmiş əxlaq dəyərləri;
-       Genital nahiyəyə əvvələr dəyən sərt bir zərbə;
-       Travmatik edilmiş ginekoloji müayinə və s.
Vaginizmin əlamətləri nədir?
Bu problem özünü pasientlərimizdə necə göstərir? Pasiyentlərimizin demək olar ki, əksəriyyətinin qeyd etdiyi bir şikayət cinsi əlaqə zamanı əlləri vasitəsi ilə həyat yoldaşını özündən itələməsidir. Cinsi əlaqə bəzən çox ağrılı olduğu üçün ancaq ön sevişmə ilə kifayətlənirlər. Təşviş, həddindən artıq çox davam edən qorxu və həyəcan hissi də bütün hallarda pasiyentlərimizi narahat edir. Zaman keçdikçə qadınlarda özünü günahlandırma, ağlama, kövrəlmə, ümidsizlik kimi əlamətlər də peyda olmağa başlayır. Ailədə yaşlıların tez-tez onlara verdiyi “uşaq varmı?” sualı problemi daha da dərinləşdirməyə başlayır.
Cinsi maariflənmənin aşağı olduğu cəmiyyətimizdə, təbii ki, vaginizm xəstələrinin də sayı düşündüyümüzdən daha çoxdur. Bu tip ailələr heç bir müalicə almadan ən yaxşı halda sadəcə ön sevişmə ilə kifayətlənərək ailə həyatlarını davam etdirirlər. Bir çox ailədə isə nəticə heç də həmişə belə olmur. Bu ailələr ilk 2 il ərzində heç bir nəticə olmadığına görə boşanırlar.
Vagizinizmin müalicəsi varmı?